"Əvvəllər boşanmaya ictimai qınaq vardı, indi isə bu normal hal kimi qəbul olunur" - Sosioloqdan AÇIQLAMA
Son illərdə ölkəmizdə ailələr arasında sosial və digər problemlərin artması boşanma hallarının sayında ciddi yüksəlişə səbəb olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə 2024-cü il ərzində Azərbaycanda 21 min 384 boşanma halı qeydə alınıb. Bu göstəricilərdən 6673-ü paytaxt Bakının payına düşür. Regionlar arasında isə boşanma hallarının ən yüksək səviyyədə olduğu yerlər Daşkəsən (hər 1000 nəfərə 3,2 boşanma) və Mingəçevir (3,1) şəhərləridir.
Boşanma hallarının paytaxtda daha yüksək, bəzi bölgələrdə isə nisbətən az olması müxtəlif amillərlə bağlı ola bilər. Ümumlikdə, əvvəlki illərlə müqayisədə son on ildə boşanmaların sayında xeyli artım müşahidə olunur. Maraqlıdır ki, bu yüksəlişin səbəbləri nələrdir?
Bu barədə Patrulaz.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev boşanmaların əsas səbəblərini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda ailə institutunun zəifləməsinə təsir edən əsas faktorlar arasında Qərb və Avropa ölkələrinin ailə modelinin yerli mədəniyyətə təsiri, medianın və sosial şəbəkələrin ailə dəyərlərinə zidd təbliğatı, gənc nəslin ənənəvi dəyərlərdən uzaqlaşması xüsusi rol oynayır:

“Boşanmalar dünyada olduğu kimi Azərbaycanda da artıb. Ölkəmizdə boşanma hallarında heç vaxt bu qədər artım spesifikası olmayıb. Çünki, bizim cəmiyyət boşanmalara pis baxan ənənəvi istiqamətlidir və buna qarşı ictimai qınaq vaxtıykən çox güclü olub. Əvvələr ayrılan kişi və qadınlara pis baxıldığı üçün cəmiyyətimiz boşanmaya meyilli deyildi. Buna görə də o dövrdə bu cür halların sayı az olub. Amma Azərbaycan müstəqillik əldə edərək, dünyaya açıldıqdan və Avropa həyat tərzi ilə tanış olduqdan sonra insanlar da artıq boşanmalara tolerant yanaşmağa başladılar. Yəni, indi buna ailə dramı kimi yanaşmırlar. Əfususlar olsun ki, bu gün Azərbaycanda boşanma bumu yaşanır”.
Sosioloqun sözlərinə görə, Azərbaycanda boşanma hallarının artmasının başlıca səbəbi cəmiyyətin düşüncə tərzində və sosial şəraitdə baş verən dəyişikliklərdir.
Onun fikrincə, boşanmalara gətirib çıxaran səbəblər çoxsaylı və müxtəlif olsa da, əsas amil insanların dünyagörüşündəki transformasiyadır. Əvvəllər cəmiyyətimizdə hökm sürən mühafizəkar düşüncələr, yəni ailənin hər vəchlə qorunması, qadının itaətkar və ailəyə bağlı olması ilə bağlı stereotiplər tədricən zəifləyir. Onların yerini isə daha liberal, fərdiyyətçi və zövq yönümlü yanaşmalar tutur:

“Boşanmaların səbəbləri çox və müxtəlifdir. Bunlardan ən başlıcası, azərbaycanlıların düşüncəsində baş verən tranformasiyalardır. Yəni əvvəlki mühafizəkar düşüncələr, bir sözlə köhnə stereotiplər əriyir, onun yerini liberal düşüncələr alır. Ölkəmizin vətəndaşları Avopadıkalar kimi eqoist, hedoist və zövqə düşkün həyata istiqamət götürüb. Özəlliklə də qadınlarda bu tendensiya özünü daha çox göstərir.
Əvvələr qadınlar kişilərdən iqtisadi cəhətdən aslı olduqları üçün boşanmalara meyilli deyildilər. Buna görə də, düşünürdülər ki, “əgər boşansaq çətin həyat bizi gözləyəcək”… Amma müasir dövrümüzdə qadınlar işləyib, iqtisadi cəhətdən özlərini təmin etməyi bacarır və nəticədə köhnə konservativ fikirli kişiləri qəbul etməməyə başlayırlar. Onlar bir sözlə, bununla da daha eqoist bir həyata meyil edirlər. Kişilər isə qadınların bu cür hərəkətlərini qəbul etmək istəmir. Ona görə də hər iki tərəf arasında məişət zorakılığı zəmnində müəyyən konfliktlər yaranır. Qadınlar artıq köhnə qaydalarla yaşamağa razı deyillərsə, kişilər də həmin qaydalarla ailə münasibətlərinə yön verməkdə çətinlik çəkirlər.
Bu gün Azərbaycanda boşanmalarda daha çox iki tendensiya özünü göstərir. Misal olaraq, əvvəl ölkəmizdə uşaqlı ailələrdə boşanmalar az idi. İndi isə boşanmaların 50-60 %-i bu ailələrdə baş verir. İkinci tendensiya isə “boz boşanma” adlanır. Yəni, 50 yaşı olan insanlar arasında da boşanma halları artıb. Təxminən bu yaşda boşananların sayı heç vaxt olmayacaq həddə – 7 minə gəlib çatıb. Bu isə qorxulu tendensiyadır və ondan xəbər verir ki, nəsillər daha eqoist həyata meyil edirlər”.
Ü. Şəfiyevin fikrincə, ailə daxilində baş verən ayrılıqlarda sosial media və KİV-lərin rolu da az deyil. Onun sözlərinə görə, son illərdə sosial şəbəkələr və televiziya vasitəsilə boşanmanın təbliğ olunması ailə institutunu zəiflədən əsas amillərdən biridir:

“Mətbuatda, kiv-lərdə, sosial mediada boşanmalar təbliğ olunur, ailə dəyərləri dağıdılır. Məşhur insanlar boşanmaları təbliğ edirlər. Misal olaraq, əgər müğənni efirdə “mən boşandıqdan sonra gözəlləşmişəm”, deyirsə və yaxud da xəyanətə uğramış bir müğənni “xəyanətə xəyanətlə cavab vermək” kimi ifadələrini işlədirsə, bu artıq ailə dəyərlərini zədələmək anlamına gəlir. Ona görə də, sosial şəbəkələr və mediada bu cür paylaşımlar olmamalıdır. Hətta, bunlarla yanaşı, sosial şəbəkələrdə “boşanma parti”ləri də keçirilir. Xüsusilə, bunlar Türkiyə və ya digər ölkələrdən yayılan mənfi təbliğatlardır və onlar bununla da boşanmaları ənənə halına salmaq istəyirlər. Hətta, bəzi məkanlar bu partilərin təşkili üçün sifarişlər də qəbul edirlər. Bütün bunların qarşısı alınmalı, ictimaiyyətə örnək verilişlər təqdim edilməlidir. Olmayan məişət problemlərini qurma ssenarilərlə efirə vermək əvəzinə, ailə dəyərlərini təbliğ edən məsələlərə toxunulmalıdır”.
Ekspert, yalnız boşanmaların səbəblərini deyil, eyni zamanda bu halların azalması üçün görülməli olan tədbirləri də qeyd edib. Onun sözlərinə görə, ailə institutunun qorunması üçün sistemli şəkildə sosial müdaxilə və maarifləndirmə aparılmalıdır:

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, o cümlədən digər qrumlar münaqişəli ailələri qeydə almalı, onlarla sosial-psixoloji işlər aparmalı, priventlik yollarla boşanmaların qarşısı alınmalıdır. Bu məsələlərlə məşğul olan sosial işçilər lisenziyalaşdırmalıdır ki, böhranlı ailələrlə işləsinlər. Əgər böhranlı ailələrə müdaxilə proqramları tətbiq olunarsa, sosial işçilər və psixoloqlar tərəfindən xeyli sayda münaqişələr tənzimlənər və boşanmaların da qarşısı alınar. Bunun üçün də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bölgələrdə ştat vahidlərini artırmalıdır və sosial agentlər münaqişəli aiələri qeydə almalıdır.
Cəmiyyətdə ailənin nüfuzunun artırılmasına da dəstək lazımdır. Əvvələr evli olanlara iş həyatında böyük önəm verilirdi. Bu yanaşma bu gündə olmalıdır. Şüphəsiz ki, maddi və iqtisadi cəhətdən çətinlik çəkən ailələrə dövlət tərəfindən dəstək göstərilir. Lakin bu istiqamətdə daha effektivli dəstək layihələri tətbiq olunmalıdır. Sadaladığım yanaşmalar reallaşarsa, boşanmaların sayını azaltmaq olar”.
Üzeyir Şəfiyev Azərbaycanın müxtəlif bölgələrində boşanma hallarının fərqli olmasının səbəblərinə də aydınlıq gətirib. Onun sözlərinə görə, bəzi regionlarda boşanma hallarının az olması, həmin ərazilərdə ənənəvi dəyərlərin daha güclü qorunması və ictimai qınağın mövcudluğu ilə bağlıdır:
“Boşanmalarla bağlı ölkəmizin müxtəlif bölgələrində eyni mənzərələr var. Sadecə olaraq, ənənəvi dəyərləri möhkəm və ictiami qınağı güclü olan regionlarımızda boşanma halları az olur. İctimai qınağı az, sosial mənzərəsi zəifl olan bölgələrimizdə isə boşanmalar çoxluq təşkil edir. Biz çalışmalıyıq ki, boşanmaların statistikasında artımlar olmasın. Əfsuslar olsun ki, bu gün Azərbaycan cəmiyyətində bunu çox ağır bir vəziyyətdə müşahidə edirik. Təəssüflər olsun ki, yaxın perspektivlərdə bu dinamika artmağa davam edəcək. Eyni zamanda, cəmiyyətimizdə boşanma artıq sosial animiya kimi bir xroniki hal alır.
Fikrimcə, Qərbdə olan bəzi güc mərkəzlərindən qidalanan aqressiv-feminist davranışların təsiri ilə də gender bərabərliyi adı altında qadınlar kişilərə qarşı qoyulur. Süni şəkildə qadın-kişi qarşıdurmasının yaradılması ailə daxili münaqişələrə və nəticədə boşanmalara gətirib çıxarır. Buna görə də biz ailəyə aid məsələlərə həssaslıqla yanaşmalıyıq”.
Gülbəniz Səfərova






