media-736448847_1031828379544830_1594199374410798298_n

Gürcüstanda azərbaycanlı Fatimə Kərimovanı qətlə yetirməkdə təqsirləndirilən Ağcabədi rayon sakini Emin Əliyev saxlanılıb.

Patrul.az Oxu. Az-a istinadən xəbər verir ki, qətl hadisəsindən sonra Gürcüstan daxili işlər orqanları E.Əliyev barəsində axtarış elan edib.

E.Əliyev Türkiyə hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb.

Məlumata görə, hazırda onun Gürcüstana təhvil verilməsi ilə bağlı işlər aparılır.

Qeyd edək ki, Ağcabədi rayon sakini F.Kərimova sevgilisi Kənan Əliyevlə birlikdə Gürcüstana qaçıb. Daha sonra Kənan Əliyev F.Kərimovanın pasportunu cırıb atıb, onun Azərbaycana qayıtmasına mane olub. K.Əliyev hadisədən sonra Azərbaycana qayıdıb. Ölkəsinə qayıda bilməyən F.Kərimova isə Azərbaycanda olan əmisi oğlu E.Əliyevdən kömək istəyib. E.Əliyev Gürcüstana gedərək F.Kərimovu boğaraq qətlə yetirib. O, daha sonra Gürcüstandan Türkiyəyə qaçıb.


Bənzər xəbərlər