media-inshot_20251219_222135089

Bir çox insan axşam spirtli içki içdikdən sonra səhər tam ayıldığını hesab edir və bu zaman maşını idarə etməyə başlayır. Lakin səhər saatlarında polis tərəfindən yoxlamaya düşəndə, sürücünün spirtli vəziyyətdə olduğu aşkar edilə bilər.

Axşam spirtli içki qəbul edən və səhər avtomobil idarə edən sürücü YPX tərəfindən cərimələnə bilərmi?

Bu barədə vəkil Amid Əsgərov Patrul.az-a açıqlamasında bildirib ki, sürücünün sərxoş olduğu güman olunarsa, sutkadan asılı olmayaraq alkoqol testi edilə bilər:

media-inshot_20251219_220334496

“Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, sutkanın saatından asılı olmayaraq onun sərxoşluq vəziyyəti müayinə oluna bilər. Qanda alkoqolun konsentrasiyasının miqdarı 0,3 promil və ya daha artıq olduqda həmin şəxs sərxoş hesab edilir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər