media-inshot_20260127_174614362

Bakıda gənc oğlan avtotəmir sexində ölüb.

Patrul.az xəbər verir ki, hadisə Binəqədi rayonu, A.Garaybəyli küçəsi 31-də qeydə alınıb.

Bakı şəhər sakini 29 yaşlı Əjdər Oruc oğlu Quliyev burada yerləşən avtomobillərin təmir sexinin həyətində qəfil ölüb. Onun infarkt keçirərək, öldüyü ehtimal edilir.

Araşdırma aparılır. (Lent.az)


Bənzər xəbərlər