media-whatsapp_image_2026-02-05_at_21-01-55

Gəncədə iki avtomobil toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

Patrul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə zamanı 2003-cü il təvəllüdlü Eldar Əliyev və 2002-ci il təvəllüdlü Teymur Zeynalov xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.

 


Bənzər xəbərlər