media-da4312ae-5d4f-4c1f-8ec2-e14e273015a8

Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov vəzifəsindən azad edilib. 

Patrul.az xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, H.Eyyubov təqaüdə göndərilib.

Qeyd edək ki, Həsən Eyyubov Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Əyyubovun qardaşı oğludur.


Bənzər xəbərlər