Goranboyda kimyəvi maddə təhlükəsi: İki nəfər xəstəxanaya yerləşdirildi
Goranboy rayonunda zəhərlənmə hadisəsi baş verib.
Patrul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Qazaxlar kənd sakinləri 1967-ci il təvəllüdlü Afət Quliyeva və 1984-cü il təvəllüdlü Leyla Qəmbərova kimyəvi maddədən zəhərləniblər.
Hər iki qadın xəstəxanaya çatdırılıb, vəziyyətləri kafidir.
Faktla bağlı araşdırma aparılır.






