media-photo-output

Göyçayda sürücülər arasında təhlükəli vəziyyətlə bağlı rəsmi açıqlama verilib.

Belə ki, Patrul.az redaksiyasına müraciət edən sürücü Ceyhun Həmidov bildirib ki, martın 26-da saat 13:30 radələrində rayonun Kürd kəndi ərazisində hərəkətdə olarkən digər nəqliyyat vasitəsinin sürücüsü tərəfindən təhlükəli vəziyyətə salınıb. Onun sözlərinə görə, 10-BC-018 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin sürücüsü Fəqan Qurbanov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq onun hərəkət istiqamətini kəsib və bir neçə dəfə qəza şəraiti yaradıb.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin regional qrupundan Patrul.az-a bildirilib ki, videogörüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. Araşdırma nəticəsində Fəqan Qurbanovun törətdiyi hüquqazidd əmələ hüquqi qiymət verilib və o, inzibati məsuliyyətə cəlb olunub.


Bənzər xəbərlər