media-inshot_20251226_215115160

Göygöl rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Patrul.az xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndi ərazisində baş verib.

Belə ki, “Mercedes-Vito” markalı maşınla “Qaz-3110” markalı maşın toqquşub.

Nəticədə “Qaz-3110” markalı avtomobildə olan üç nəfər – Yeni Qızılca kənd sakinləri 1982-ci il təvəllüdlü Könül İsmayılova, 1977-ci il təvəllüdlü Zərəngül Hüseynova və Daşkəsən rayon Mollahəsənli kənd sakini 1973-cü il təvəllüdlü Fəxrəddin Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar ilk olaraq Göygöl rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhərində yerləşən tibb müəssisələrindən birinə yerləşdirilib.

Vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb. (Qafqazinfo)


Bənzər xəbərlər