media-img_1025

Azərbaycanda son statistikalara görə, boşananların sayı artmaqdadır.

Boşanan ailələrin sayının artması həm də həmin ailələrdə doğulan uşaqların həyat şəraiti, təhsili və ümumi xərclərinin ödənməsi məsələsini müzakirə mövzusu edir. Cütlük boşanma qərarı verirsə, övlad ya atada, ya da anada qalır. Övladından ayrı qalan valideyn də onun təhsili, tərbiyəsi üçün aliment ödəməyə məcburdur.

Bəs alimentin ödənilməsinə hansı hallarda xitam verilə bilər?
Patrulaz.az məsələnin hüquqi izahı üçün hüquqşünas Ramil Süleymanova müraciət edib:

“Ümumiyyətlə, vətəndaşlar bilməlidir ki, alimentin ödənilməsi sırf uşağın ehtiyaclarının ödənilməsi ilə həyata keçirilir. Yəni, bir valideyn boşandığı zaman digər valideyn üçün aliment ödəmir.

media-41c075ab-08cc-4f18-a821-2db981375cde
Hüquqşünas qeyd edib ki, aliment öhdəliklərinin tam verilməsi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 113-cü maddəsinə əsasən tənzimlənib:
“Bu maddəyə görə bir sıra hallarda aliment ödəmək öhdəliyinə xitam verilir. Uşağın yetkinlik yaşına çatması, aliment ödəyən və ya alan şəxsin vəfat etməsi, aliment ödənilən uşağın başqa biri tərəfindən övladlığa götürülməsi, eyni zamanda uşağa baxan valideynin başqa bir şəxslə nikaha daxil olması bu hallara daxildir”.

Ləman Sərraf


Bənzər xəbərlər