Heydər Əliyev prospektində qəza - Fotolar
Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Patrul.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən prospektin hər iki istiqamətində sıxlıq yaranıb.
Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.







