media-6a214ff1607c46a214ff1607c517805680496a214ff1607c26a214ff1607c3

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Patrul.az xəbər verir ki, hadisə köhnə Ələt–Astara magistral yolunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.

Astara istiqamətində hərəkətdə olan “VAZ-2106” markalı avtomobil qarşı istiqamətdən gələn “Mercedes” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində hər iki avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

media-6a214fef6fbfb6a214fef6fbfc17805680476a214fef6fbf96a214fef6fbfa


Bənzər xəbərlər