media-inshot_20260424_213359894

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin Kiberfəza İdarəsinin naziri Çjuan Junvenlə ikitərəfli əməkdaşlığı müzakirə edib.

Patrul.az xəbər verir ki, bu barədə H.Hacıyev özünün “X” hesabında məlumat paylaşıb.

“Azərbaycan və Çin arasındakı hərtərəfli strateji tərəfdaşlıq əsasında Çinin Kiberfəza İdarəsinin naziri cənab Çjuan Junvenlə ölkələrimiz arasında rəqəmsal inkişaf, sosial media və dezinformasiya və dipfeyklərlə mübarizə sahəsində ikitərəfli əməkdaşlığı müzakirə etdik”, – deyə o qeyd edib.media-1777050426_hgrizf8asaasfmh

media-1777050631_screen


Bənzər xəbərlər