media-inshot_20260208_174450274

Xırdalan-Binəqədi yolunda hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.

DİN- Mətbuat Xidmətindən Patrul.az-a verilən məlumata görə, Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən dayandırılan nəqliyyat vasitəsinin sürücüsü Elşən Məmmədovun sənədləri yoxlanılarkən onun sürücülük hüququnun olmadığı müəyyən edilib.

Bundan başqa, sürücünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinəyə cəlb olunub. Müayinə nəticəsində E.Məmmədovun narkotik vasitə qəbul etdiyi təsdiqlənib. Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşən və digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərə qarşı qanunvericiliyin tələblərinə uyğun olaraq daha sərt tədbirlərin görüləcəyini bildirib.media-img-20260208-wa0011


Bənzər xəbərlər