media-img-20260106-wa0072

Abşeron rayonu, Xırdalan şəhərində zibil daşıyan avtomobilin səkinin üzərində hərəkət etdiyi müşahidə olunub.

Patrul.az redaksiyasına daxil olan videogörüntüdə yolun sol istiqamətində hərəkət edən avtomobilin iki təkərinin asfalt yol üzərində, digər iki təkərinin isə səkinin üzərində hərəkət etdiyi görünür.

Sözügedən zibil maşının Abşeron Rayon İcra Hakimiyyətinə məxsus olduğu bildirilir.

Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun və Yol Hərəkəti Qaydalarının müvafiq bəndləri səki və piyada sahələrində avtomobillərin hərəkətini qadağan edir.

Səki üzərində hərəkət edən sürücülər isə inzibati məsuliyyətə cəlb olunaraq cərimələnirlər.

Bir sözlə, səkidə avtomobil sürmək və ya park etmək piyadaların təhlükəsizliyini birbaşa təhlükəyə atır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər