media-inshot_20251225_110053705

Son zamanlar ictimai məkanlarda, xüsusilə də Bakı bulvarı kimi ailələrin, uşaqların və yaşlıların sıx istifadə etdiyi ərazilərdə etik normalara zidd davranışlar müşahidə olunur.

Patrul.az müşahidələrinə əsaslanaraq, xəbər verir ki, dəniz kənarında açıq şəkildə öpüşən cütlüklər cəmiyyətdə haqlı narazılıq doğurur.

Bu məsələ şəxsi həyat azadlığı ilə əsaslandırıla bilməz. Şəxsi həyat anlayışı qapalı və ya şəxsi məkanlarda keçərlidir. İctimai məkan isə hər kəsindir və burada davranışlar Azərbaycan milli-mənəvi dəyərlərinə, əxlaq normalarına və cəmiyyətin həssaslıqlarına uyğun olmalıdır.

Azərbaycan cəmiyyəti tarixən ailə dəyərlərinə, tərbiyəyə və ictimai hörmətə önəm verib. Açıq məkanda intim davranışlar təkcə əxlaqi məsələ deyil, eyni zamanda ictimai hörmətsizlik kimi qəbul olunur. Bu cür hərəkətlər uşaqların psixologiyasına da mənfi təsir göstərə, valideynləri narahat vəziyyətə sala bilər.

Azadlıq anlayışı məsuliyyətlə tamamlanmalıdır. Azad olmaq ictimai məkanı özəl məkana çevirmək demək deyil.


Bənzər xəbərlər