media-0b35bcc1-4f43-47f6-bfd5-6ee81780019e

Bu dəfə saxta profil açan şəxs işsiz taksi sürücülərini hədəf alaraq fırıldaqçılıq etdi.

Patrulaz.az-a verilən məlumata görə, Sənan Zeynalov adlı şəxs özünü bolt taksi filet sahibi kimi təqdim edərək, vətəndaşlara bolt taksi şirkəti ilə bağlı saxta profillər təqdim edir.

Zərərçəkənlərdən biri iddia edir ki, sözügedən şəxsdən 70 manat qarşılığında profil alıb, sonra isə onu həmin hesabdan çıxararaq bloklayıb. İki tərəf mesajlaşdıqdan sonra zərərverən şəxs faktları ortadan qaldırmaq üçün həmin mesajları kökündən silib.

Zərərə uğrayan şəxs filetdə müxtəlif avtomobil nömrələrinin olduğunu gördüyü üçün aldanıb.

Vətəndaş dələduzluq yolu ilə pul alan şəxsin şəklini təqdim edərək, digər şəxslərin, xüsusən də sürücülərin aldanmaması barədə xəbərdarlıq edib.

Qeyd edək ki, bu cür dələduzluq əməlləri ilə rastlaşan şəxslər dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər