İlham Əliyev və Paşinyan birgə ərizə ilə Trampın Nobel Sülh Mükafatını dəstəklədi
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampa Nobel Sülh Mükafatının verilməsi üçün Beynəlxalq Nobel Komitəsinə birgə ərizə təqdim etmək qərarına gəliblər.
Patrulaz.az Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə xalqa müraciətində məlumat verib.
O, ABŞ-nin vasitəçiliyi ilə 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanan sülh sazişinin, bölgədə uzunmüddətli sülhün təmin olunmasında mühüm addım olduğunu vurğulayıb.
Paşinyan, Trampın bu prosesdəki rolunu “əvəzsiz” adlandırıb və onun Nobel Sülh Mükafatına layiq olduğunu bildirib .






