“İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır”
“İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır, lakin biz birmənalı olaraq səylərimizi davam etdirəcəyik”.
Patrul.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında söyləyib.
“Xarici borcumuza gəldikdə, biz müəyyən işlər görmüşük. Son illər ərzində nailiyyətlər var və bu gün planlarımız daha genişdir”, – deyə dövlətimizin başçısı qeyd edib.






