İran mediasından daha bir təxribat: “Trampın Ermənistan-Azərbaycan razılaşması tez pozulacaq”
İranın Namehnews nəşri ABŞ Prezidenti Donald Trampın Ermənistan və Azərbaycan arasında 8 avqust tarixində əldə olunan Birgə Sülh Bəyannaməsinin uzunömürlü olmayacağını iddia edib.
Patrulaz.az xəbər verir ki, məqalədə qeyd olunur ki, Ermənistan güclü Türkiyə -Azərbaycan ittifaqının onun təhlükəsizliyinə təhdid yarada biləcəyindən ehtiyat edərək Azərbaycana “dəhliz” imkanı verməkdən çəkinib.
Nəşr, həmçinin qərəzli ifadələri ilə bildirilib ki, sözügedən dəhliz Türkiyə, Azərbaycan və Mərkəzi Asiya arasında əsas tranzit mərkəzinə çevrilə, bölgənin iqtisadiyyatını gücləndirə və Gürcüstan da daxil olmaqla, Rusiyanın regionda iki əsrlik hökmranlığına son qoya bilər.
Qeyd edək ki, ABŞ vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan Sülh Bəyannaməsi regionun təhlükəsizliyi baxımından mühüm tarixi addımdır. İran, Rusiya kimi dövlətlər və onların mediaları isə sülhə kölgə salmaq üçün bu cür təxribatlı çıxışlarını davam etdirirlər.







