media-inshot_20250807_173603287

İran mediasında Azərbaycanın İsrail və Türkiyə ilə yaxın münasibətləri yenidən tənqid hədəfinə çevrilib.

Patrulaz.az “Azad İran” teleqram kanalına əsasən xəbər verir ki, iranlı jurnalist Bənövşə Kianuş “İran diplomatiyası” saytında dərc olunan məqaləsində rəsmi Bakının Tehrana deyil, Ankaraya və Təl-Əvivə üstünlük verdiyini iddia edib. O, bu münasibətləri İranın bölgədəki maraqlarına qarşı yönəlmiş bir siyasət kimi təqdim etməyə çalışıb.

“Azərbaycan İsrail və Türkiyə ilə yaxın münasibətlər vasitəsilə Tehrana qarşı yeni bir regional cəbhə formalaşdırır”, – deyə müəllif qərəzli şəkildə qeyd edib.

Qeyd edək ki, sözügedən məqalədə İran prezidenti Məsud Pezeşkianın iyulun 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü çərçivəsində Xankəndiyə səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə də toxunulub. Jurnalist bu görüşdə səslənən əməkdaşlıq mesajlarına baxmayaraq, iki ölkə arasında münasibətlərin gərgin olduğunu vurğulayıb.

Xatırladaq ki, Azərbaycan rəsmiləri  dəfələrlə bildiriblər ki, ölkənin xarici siyasəti qarşılıqlı hörmət, balans və milli maraqlar əsasında qurulub.

Gülbəniz Səfərova


Bənzər xəbərlər