İran Prezidenti Məsud Pezeşkian Xankəndiyə səfər edəcək
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian 3–4 iyul tarixlərində Azərbaycana rəsmi səfər edəcək.
Patrulaz.az xəbər verir ki, Pezeşkian səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşündə iştirak edəcək.
Tədbirdə İƏT-ə üzv dövlətlərin rəhbərlərinin də iştirakı gözlənilir. Sammitin əsas gündəmi, təşkilata üzv ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi və İslam dünyasının qarşılıqlı maraqlarına dair məsələlərin müzakirəsi olacaq.