İran rəsmisi Azərbaycanda dustaqlara edilən rəftar barəsində YALAN İTTİHAMLAR YAYDI
İran parlamentinin yüksək vəzifəli nümayəndəsi Azərbaycan həbsxanalarında dustaqlara qarşı edilən rəftar barəsində əsassız və həqiqətə uymayan ittihamlar səsləndirib.
Patrulaz.az xəbər verir ki, İran parlamentinin Hüquq və Məhkəmə Komissiyasının sədr müavini Məhəmmədtəqi Nəqdəli ölkənin dövlət mediası ICANA-ya verdiyi açıqlamada Azərbaycan həbsxanalarında İran vətəndaşlarına qeyri-insani rəftar olunduğunu iddia edib və bu məsələni beynəlxalq arenada qaldırmaq hüququnu qoruduqlarını açıqlayıb.
Qeyd edək ki, Azərbaycan rəsmiləri dəfələrlə açıqlamalarında həbsxanalarda insan hüquqlarına tam riayət edildiyini və hər hansı haqsızlığa yol verilmədiyini bildiriblər.
Xatırladaq ki, tanınmış Kreml təbliğatçısı Kseniya Sobçakın da Azərbaycanda etnik azlıqlara qarşı sərt mövqeyin göstərilməsi ilə bağlı əssasız və yalan iddialar səsləndirmişdi.
Son vaxtlar İran və Rusiya nümayəndələri bu cür təxtibat xarakterli sözləri ilə çaşqınlıq yaratmaq istəyirlər.






