media-inshot_20250730_141845829
  1. Azərbaycanla münasibətlər soyuyanda Ermənistana üz tutduq.

Patrulaz.az xəbər verir ki, bu sözləri İran-Ermənistan Dostluq Dərnəyinin rəhbəri Məhəmmədrza Dəmavəndi Tehran Universitetində keçirilən “İran-Ermənistan münasibətləri; Yeni regional və qlobal nizama keçid dövrü” adlı tədbirdə səsləndirib.

Onun sözlərinə görə, Tehran-İrəvan əlaqələri əsasən siyasi müstəvidə inkişaf edib, lakin iqtisadi əməkdaşlıq bir milyard dollarlıq həddi belə keçməyib:

“Əlaqələr daha çox siyasi xarakter daşıyır. Digər sahələrdə isə əməkdaşlıq çox zəifdir”, – deyə o, qeyd edib.

Məhəmmədrza Dəmavəndi həmçinin İranın Cənubi Qafqaz siyasətini də tənqid edib:

“Qafqaza münasibətimiz passiv olub. Sovet İttifaqının dağılmasından 34 il keçməsinə baxmayaraq, regionla bağlı balanslı və aydın siyasət formalaşmayıb”.

media-img_20250730_141401_198

Gülbəniz Səfərova


Bənzər xəbərlər