İran rəsmisi: “Azərbaycanla münasibətlərə yenidən nəzər salınmalıdır”
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri Prezident Məsud Pezeşkianla birlikdə toplantı keçirib.
Patrulaz.az “Azad İran” teleqram kanalına əsasən xəbər verir ki, görüşdə İranın xarici siyasət prioritetləri, o cümlədən Azərbaycanla mövcud münasibətlər ətrafında müzakirələr aparılıb.
Görüş zamanı Komissiyanın sözçüsü İbrahim Rzayi Azərbaycanla bağlı çıxış edib:
“Görüşdə bəzi qonşu ölkələrlə, xüsusilə də Azərbaycanla münasibətlərin yenidən nəzərdən keçirilməsi zərurəti vurğulanıb”.
O, əlavə edib ki, İranın xarici siyasətindəki qırmızı xətlərinə riayət edilməli və bu çərçivədə Azərbaycanla əlaqələr düzgün formada tənzimlənməlidir.
Toplantıda qonşu dövlətlərlə münasibətlərin təhlükəsizlik və milli maraqlar prinsipi əsasında qurulmasının vacibliyi diqqətə çatdırılıb.
Komissiya üzvləri həmçinin İsrailin bölgədəki fəallığına qarşı sərt mövqe sərgilənməsini və diplomatik reaksiya göstərilməsinin vacibliyini vurğulayıb.
Gülbəniz Səfərova






