media-inshot_20250804_131456334

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycanda saxlanılan İran vətəndaşları ilə bağlı mətbuat konfransında çıxış edərək, ölkəmizi ittiham edib.

Patrulaz.az xəbər verir ki, onun sözlərinə görə, Azərbaycandakı həbsxanalarda saxlanılan iranlı məhkumlara qarşı guya insan haqlarına zidd rəftar baş verir:

“Təəssüf ki, bəzi hallarda vətəndaşlarımızın həbsindən illər keçsə də, onlarla konsulluq görüşü keçirmək mümkün olmayıb”,-deyə Bəqai bildirib.

O həmçinin qeyd edib ki, İran tərəfi məsələ ilə bağlı Azərbaycan hökumətinə dəfələrlə etiraz notası təqdim edib və prosesin diqqətlə izlənildiyini vurğulayıb.

İran rəsmisi iki ölkə arasında mövcud olan məhkum mübadiləsi sazişini də xatırladaraq, iranlı məhkumların İrana verilməsinin bu problemlərin həllinə töhfə verəcəyini iddia edib.

Sonda isə o, bildirib ki, İran bu məsələni insan haqları çərçivəsində ciddi şəkildə izləməkdə davam edəcək.


Bənzər xəbərlər