media-inshot_20250730_155745033

“İsrail ilə Azərbaycanın tarixi və strateji əlaqələri vardır, İsrail 44 günlük vətən müharibəsində Azərbaycanı dəstəkləyən ölkə olmuşdur, İsrail səfiri dəfələrlə Qarabağda olmuşdur. Regional təhlükəsizliyin təmin olunmasında İsrail və Azərbaycan arasında çox sıx əməkdaşlıq və iş birliyi mövcuddur. Yaxın Şərqdə, Suriyada sabitliyin təmin olunmasında Azərbaycan töhfə verməklə yanaşı eyni zamanda bu ölkənin rəsmiləri ilə İsrail rəsmiləri arasında dialoq təşkil edən tərəfdir”.

Bu sözləri Patrulaz.az-a Azərbaycan və İsrail münasibətlərini şərh edən siyasi şərhçi Vüqar Əhmədov deyib.

“Hesab edirəm ki, İsrail-Azərbaycan əlaqələri sarsılmazdır və yalnız regional deyil, eyni zamanda qlobal xarakter daşıyır. İsrail Azərbaycana qarşı qərbin bəzi dairələri tərəfindən təşkil olunan qərəzli hücumların dəf edilməsində Azərbaycana dəstək olub. Bu gün müasir texnologiyalar dövründə, istər hərbi sahə, istər informasiya texnologiyaları sahəsində İsrail qabaqcıl texnologiyalara malikdir və bu Azərbaycana imkan verir ki, bu texnologiyaları öyrənə bilsin. Düşünürəm ki, bundan sonra da İsraillə Azərbaycan əlaqələri davamlı inkişaf edəcək və regionun inkişafına töhfə verəcək. Bu gün Azərbaycan müsəlman ölkəsi olaraq İsrailin müsəlman və ərəb ölkələri ilə dialoq mühitinə və danışıqlarına töhfə verir, bu baxımdan hər iki ölkə qarşılıqlı dostluq və müttəfiqlik şəraitində əməkdaşlıq edir. Bu baxımdan İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri diplomatik fəaliyyətini hər iki ölkənin qarşılıqlı maraqları çərçivəsində davam etdirməsi gözləniləndir”,- deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər