İsrail səfirliyi Azərbaycan xalqına başsağlığı verdi
İsrailin Azərbaycandakı səfirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı ünvanlayıb.
Patrul.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin rəsmi “X” hesabında paylaşım edilib.
“Səfirlik adından Azərbaycan xalqına və Xocalı faciəsi qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı veririk. Həyatını itirən günahsız insanların xatirəsini ehtiramla yad edir və zərər çəkmiş hər kəsə ən dərin rəğbətimizi bildiririk. Qurbanların xatirəsi daim yaşasın və sülh ilə qarşılıqlı anlaşma qalib gəlsin” – deyə müraciətdə bildirilib.







