media-93e0be5d-146c-460c-8d56-82cfe81850f8

Bu gün Bakıda Azərbaycan tərəfinin vasitəçiliyi ilə İsrail və Türkiyə nümayəndələri arasında yüksək səviyyəli danışıqlar aparılacaq.

Patrulaz.az “ANHA”ya istinadən xəbər verir ki, danışıqlarda İsrail nümayəndələri iki əsas tələbi irəli sürəcəklər. İlk tələbləri, Suriyanın sərhəd yaxınlığında İsrailin təhlükəsizliyini təhdid edə biləcək hər hansı hərbi qüvvənin olmamasını təmin etməkdir. İkinci tələb isə, Suriyanın İsrailə birbaşa təhlükə yaratacaq strateji silahlardan azad olduğunu təsdiqləmək olacaq.

Qeyd edək ki, danışıqların məqsədi bölgədəki təhlükəsizlik vəziyyətini müzakirə etmək və tərəflər arasında əlaqələrin möhkəmləndirilməsidir.


Bənzər xəbərlər