Kəlbəcərdə avtomobil aşıb, qadın hərbçi ölüb
Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Patrulaz.az-ın məlumatına görə, 99-NK-848 dövlət nömrə nişanlı “Nissan Pathfinder” markalı avtomobilin aşması nəticəsində sürücü, N saylı hərbi hissədə gizir kimi xidmət göstərən 1983-cü il təvəllüdlü Şahverdiyeva İlahə Rəsul qızı ölüb.
Faktla bağlı araşdırma aparılır.