media-69294cb6-a706-4454-8cf6-40dce111338b

Türkiyədə kişinin sidik kisəsindən 2 kiloqramlıq daş çıxarılıb.

Patrulaz.az “NTK”ya istinadən xəbər verir ki, Türkiyədə spina bifida xəstəliyindən əziyyət çəkən 40 yaşlı kişi sidik kateterində yaranan problem səbəbiylə xəstəxanaya yerləşdirilib. Uşaqlıq dövründə sidik kisəsinin böyüdülməsi əməliyyatı keçirən və kateterli stoma qoyulan xəstə ağrı, qızdırma və infeksiya əlamətləri göstərməsə də, aparılan ultrasəs müayinəsi zamanı onda ciddi problem aşkar olunub.

Müayinə nəticəsində xəstənin sidik kisəsində altı böyük daş aşkarlanıb. Daşların beşi vahid şəkildə piramida formasında, altıncısı isə kub formasında olub.
Ümumilikdə daşların çəkisi 2 kiloqram təşkil edib.

Xəstə 10 gün xəstəxanada müşahidə altında saxlanıldıqdan sonra evə buraxılıb. Sonrakı nəzarət müayinələrində isə yeni daş əmələ gəlmədiyi təsdiqlənib.

Ləman Sərraf


Bənzər xəbərlər