media-photo-output

Xırdalan şəhərində fəaliyyət göstərən “Kristal” restoran piyada hərəkəti üçün nəzərdə tutulmuş səkini özbaşına zəbt edib.

Patrul.az xəbər verir ki, restoran tərəfindən səkidə qurulan maneələr səbəbindən piyadaların sərbəst və təhlükəsiz hərəkəti tamamilə məhdudlaşdırılıb. Nəticədə piyadalar avtomobillərin hərəkət etdiyi yol hissəsinə çıxmağa məcbur qalırlar ki, bu da xüsusilə yaşlılar, uşaqlar və əlil şəxslər üçün ciddi təhlükə yaradır.

Mövcud vəziyyət yol hərəkəti və şəhərsalma qaydalarının kobud şəkildə pozulması ilə yanaşı, istənilən vaxt yol-nəqliyyat hadisəsinə səbəb ola bilər.

Vətəndaşlar aidiyyəti qurumlardan piyada səkisinin qanunsuz zəbtinə son qoyulmasını, ərazinin əvvəlki vəziyyətinə qaytarılmasını və piyadaların təhlükəsizliyinin təmin olunmasını xahiş edirlər.


Bənzər xəbərlər