Laçın Beynəlxalq Hava Limanının açılışı olub
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi olub.
Patrulaz.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.
Laçın Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.
Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.






