media-02f9a641-ee76-4bcf-bcad-6645e4917222

Lerik rayonunda gecə saatlarında baş verən hadisə nəqliyyatın hərəkətinə mane olub. Dağın yamacından qopan iri daş parçası yola düşərək sürücülər üçün təhlükəli vəziyyət yaradıb. Hadisə yerindən edilən müraciətdən dərhal sonra aidiyyatı qurumlar operativ şəkildə hərəkətə keçiblər.

Patrulaz.az-ın məlumatına görə, yol idarəsinin əməkdaşları və hüquq-mühafizə orqanlarının nümayəndələri hadisə yerinə gələrək ərazidə təhlükəsizlik tədbirləri görüblər. Yolun tam təmizlənməsi və nəqliyyatın təhlükəsiz hərəkətinin təmin olunması üçün texnika və canlı qüvvə səfərbər olunub.
Gecə saatlarında baş verən bu hadisəyə çevik reaksiya göstərərək yolun qısa zamanda təmizlənməsinə və hərəkətin bərpasına töhfə verən bütün qurumlara təşəkkür edirik. Yolda olan sürücülərdən isə belə hallarda ehtiyatlı olmaları və təhlükəsizlik qaydalarına əməl etmələri xahiş olunur.


Bənzər xəbərlər