media-inshot_20260114_121916868

Lerik rayonunda iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Patrul.az “Demokrat.az”a istinadən xəbər verir ki, hadisə ötən ilin mayın 24-də rayonun kəndlərindən birində baş verib.

1998-ci il təvəllüdlü Əli həmin gün saat 21 radələrində Məhəmmədə məxsus əkin sahəsinin suvarılması üçün texnika ilə su anbarının qazılması işinin görülməsi müqabilində razılaşdırılmış məbləği ondan istəyib.

Bu zaman Məhəmməd daha az məbləğ ödəyəcəyini bildirib. Buna görə aralarında yaranmış mübahisə zamanı Məhəmmədin onu itələdiyinə görə əsəbiləşib. Əli onun baş və bədəninin digər nahiyələrinə qəsdən yumruqla vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Əlinin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işinə Lerik Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkmiş ona qarşı şikayətini geri götürüb.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.


Bənzər xəbərlər