media-inshot_20250821_191853138

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Patrulaz.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, söhbət zamanı Türkiyə-Fransa ikitərəfli münasibətləri, Rusiya-Ukrayna münaqişəsində sülh prosesi, Qəzzadakı son vəziyyət başda olmaqla bir sıra regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan Türkiyənin Rusiya ilə Ukrayna arasında barış danışıqlarına ev sahibliyi etməyə və bu istiqamətdə bütün səylərə dəstək verməyə hazır olduğunu bildirib.

O, həmçinin vurğulayıb ki, Ankara Qəzzada atəşkəsin təmin olunması üçün çalışır. Türkiyə lideri İsrailin Qəzzanı işğal planını sürətləndirməsini “təhlükəli və pervasız addım” adlandıraraq bunun qarşısının alınmasının vacibliyini də qeyd edib.


Bənzər xəbərlər