Meloni Azərbaycana gələcək
İtaliyanın Baş naziri Ciorcia Meloni mayın 5-də Azərbaycana gələcək.
Patrul.az “Report”a istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat verib.
“Baş nazir Ciorcia Meloni 2026-cı il mayın 5-i, çərşənbə axşamı günü Azərbaycan Respublikasına səfər edəcək. Səfər bir gün davam edəcək”, – diplomatik mənbə bildirib.






