media-img_8321

İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün keçirilən müsahibənin nəticələri ilə bağlı Apellyasiya komissiyası yaradılıb.

Bu barədə Patrulaz.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, cari il fevralın 20-28-də keçirilən müsahibənin nəticələri ilə bağlı Apellyasiya komissiyasına bu gündən etibarən 5 iş günü müddətində elektron qaydada (sened@scara.gov.az elektron poçtuna) müraciət ünvanlamaq mümkündür.


Bənzər xəbərlər