media-inshot_20251222_180723906

Qəbələdə meşədə üzərinə ağac düşən şəxs ölüb.

Patrul.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Vəndam kəndində, meşəlik ərazidə baş verib.

1970-ci il təvəllüdlü Nəriman Həbillah oğlu Bayramov meşədə olarkən üzərinə ağac düşməsi nəticəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


Bənzər xəbərlər