Məşhur türk aktyorları "Azərbaycan oğluyam" mahnısı ilə rəqs etdi - VİDEO
İyunun 12-də Moskvada keçirilən beynəlxalq futbol turnirində maraqlı anlar yaşanıb.
Patrulaz.az “Olay.az”a istinadən xəbər verir ki, Moskvadakı “Oktyabr” stadionunda keçirilən beynəlxalq Art-Futbol turnirinə qatılan Türkiyə komandasının tərkibində “Çukur”un aktyorları Erkan Kolçak Köstendil, Rza Kocaoğlu və Kubilay Aka oynayıb.
Maçın yekununda Azərbaycan komandası ilə bir araya gələn sənətçilər “Azərbaycan oğluyam” mahnısının sədaları altında rəqs ediblər.
Görüntülərdə onların birlikdə səmimi şəkildə mahnımızı səsləndirərək rəqs etdikləri əks olunub. Prodüser Vüqar Şəfiyev həmin anları lentə alaraq sosial mediada yayımlayıb.
Qeyd edək ki, Art-Futbol turniri həm futbolu, həm də incəsənəti birləşdirən beynəlxalq festivaldır və müxtəlif ölkələrin tanınmış aktyor, musiqiçi və mədəniyyət nümayəndələrini bir araya gətirir.
İzləyicilərin maraqla izlədiyi görüntüləri təqdim edirik: