Messi və Ronaldo yenidən üz-üzə? - Dünya futbolunu silkələyən ehtimal
Futbol tarixinin ən böyük rəqabətlərindən biri olan Lionel Messi – Kriştiano Ronaldo duelinin yenidən yaşanması mümkündür.
Patrul.az “Sports” nəşrinə istinadən xəbər verir ki, analitiklər Argentina nəhəngi Lionel Messi ilə Portuqaliya ulduzu Kriştiano Ronaldonun gələcəkdə üz-üzə gəlmə ehtimalını hesablayıblar.
Hesablamalara əsasən, bu qarşılaşmanın baş tutma ehtimalı 28 faiz, yəni təxminən 3,55 mümkün ssenari kimi qiymətləndirilir.
Analitik proqnozlara görə, iki futbol əfsanəsinin qarşılaşması 2026-cı ildə ABŞ-də keçiriləcək Dünya Kuboku çərçivəsində baş verə bilər. Şərtlərə əsasən, Argentina və Portuqaliya milliləri qrup mərhələsini və ilk iki pley-off mərhələsini uğurla keçərsə, dörddəbir final mərhələsində Messi və Ronaldo yenidən eyni meydanda yer ala bilərlər.
Xatırladaq ki, Lionel Messi ilə Kriştiano Ronaldonun son qarşılaşması 2020-ci ilin dekabrında UEFA Çempionlar Liqasının qrup mərhələsində baş tutub. Həmin görüşdə Ronaldonun çıxış etdiyi “Yuventus” Messinin “Barselona”sını 3:0 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, hazırda Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Al Nassr” klubunda, Lionel Messi isə ABŞ-nin “Inter Miami” komandasında karyerasını davam etdirir.
Gülbəniz Səfərova






