Metroda işləyənlərin aylıq qazancı açıqlandı
2025-ci ilin ilk rübündə metro işçilərinin orta aylıq əməkhaqqısında artım müşahidə olunub.
Patrulaz.az Valyuta.az-a istinadən xəbər verir ki, cari ilin yanvar-mart aylarında metro sahəsində çalışanların orta aylıq əməkhaqqısı 1387,3 manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 93,9 manat və ya 7,2% artım deməkdir.
Qeyd olunur ki, ötən ilin ilk üç ayında bu rəqəm 1293,4 manat olub.






