Milli Məclisin mətbəəsinin bu qədər vergi borcu var
“Azərbaycan Respublikası Milli Məclisinin Aparatının Mətbəəsi” MMC-nin xeyli miqdarda vergi borcu yaranıb.
Patrulaz.az Valyutaz.az-a istinadən xəbər verir ki, MMC-nin vergi borcu hazırda 177 845,13 manat təşkil edir.
“Azərbaycan Respublikası Milli Məclisinin Aparatının Mətbəəsi” MMC 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. MMC-nin qanuni təmsilçisi Əsgərov Etibar Möhkəm oğludur.






