Mingəçevirdə itləri torbalara doldurub toplayanlara qarşı tədbir görüldü - 2 nəfər saxlanıldı
Mingəçevir şəhərində itlərin torbalara qoyularaq məişət tullantıları daşıyan avtomobilə atılması ilə bağlı sosial şəbəkələrdə paylaşılan videogörüntülər araşdırılıb.
Patrul.az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən əməli törədən 2 nəfər müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün aidiyyəti dövlət qurumuna göndərilib.
Həmçinin həmin itlər sahibsiz heyvanların saxlanma məntəqəsinə təhvil verilib.
Gülbəniz Səfərova






