media-shavkat-mirzoyayev2

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib ki, Azərbaycan Mərkəzi Asiyanı Avropa ilə birləşdirən strateji körpü rolunu oynayır.

Patrulaz.az xəbər verir ki, Prezidentin sözlərinə görə, son illərdə Özbəkistan–Azərbaycan münasibətləri qarşılıqlı etimad və dəstək ruhunda sürətlə inkişaf edib, Müttəfiqlik münasibətləri haqqında müqavilə imzalanıb, Ali Dövlətlərarası Şura fəaliyyət göstərir.

Bu fikirləri Mirziyoyev bu gün keçirilən yüksək səviyyəli “Özbəkistan, Azərbaycan və Avropa – ümumi inkişaf naminə əməkdaşlıq” adlı görüş iştirakçılarına ünvanladığı müraciətində səsləndirib.

Dövlət başçısı, həmçinin Prezident İlham Əliyevin regionda yeni proseslərin inkişafında fəal iştirakını, Cənubi Qafqaz və Mərkəzi Asiya əməkdaşlığının gücləndirilməsinə yönəlmiş səylərini yüksək qiymətləndirib.

“Fürsətdən istifadə edərək, ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda Ermənistanla imzalanmış üçtərəfli Birgə Bəyannamə münasibətilə Azərbaycan xalqını bir daha səmimi qəlbdən təbrik edirik”, – deyə Mirziyoyev vurğulayıb.


Bənzər xəbərlər