Narkotik təsiri altında olan sürücü və sərnişinləri İFŞA OLUNDU
Bakı–Şamaxı–Yevlax yolunun Qobustan şəhəri ərazisindən keçən hissəsində “Toyota” markalı avtomobilin sürücüsü Elnur Əzimov yol hərəkəti qaydasını pozduğu üçün YPX əməkdaşları tərəfindən saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Patrul.az-a bildirilib ki, sürücünün və avtomobildə olan iki qadın sərnişinin narkotik vasitənin təsiri altında olmalarına dair əsaslı şübhələr yarandığından onlar tibbi müayinədən keçirilib və fakt təsdiqini tapıb.
Bundan əlavə, E.Əzimov avtomobilində narkotik vasitə saxladığını etiraf edib. Sürücü və sərnişinlərlə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, toplanmış materiallar Qobustan Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə hər üç şəxs məsuliyyətə cəlb edilib. Elnur Əzimovun sürücülük hüququ məhdudlaşdırılmaqla o, 1 ay müddətinə inzibati qaydada həbs olunub.
Baş Dövlət Yol Polisi İdarəsi narkotik təsiri altında sükan arxasına keçərək insanların təhlükəsizliyini riskə atan şəxslərə ciddi xəbərdarlıq edir və bu kimi hallara qarşı daha sərt tədbirlərin görüləcəyini bildirir.






