Naxçıvan MR-nın səhiyyə naziri Samiq Sadıxov vəzifəsindən azad olunub
Bu gün Naxçıvan Ali Məclisinin növbəti sessiya iclası keçirilib.
Patrul.az xəbər verir ki, iclasda Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxovun tutduğu vəzifədən azad edilməsi haqqında layihə səsə qoyulub.
Qərara əsasən, S.Sadıxov nazir vəzifəsindən azad edilib.






