media-inshot_20260219_160921053

Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrləri ilə nazirlik sistemində yeni kadr təyinatları həyata keçirilib.

Patrul.az “Bakupost”a istinadən xəbər verir ki, İlkin Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının İqtisadiyyat şöbəsinin müdiri, Elnur Əliyev və Arif Ataxanlı DOST Agentliyinin sədrinin müavinləri, Əlişah Kövsərov Sosial Xidmətlər Agentliyinin sədrinin müavini, Elşən Mahmudov Dövlət Məşğulluq Agentliyinin sədrinin müavini təyin ediliblər.

media-inshot_20260219_160336294

İlkin Məmmədov 2021-ci ildən DOST Agentliyində müxtəlif vəzifələrdə, hazırkı təyinata qədər Agentliyin sədrinin müavini kimi çalışıb.

media-inshot_20260219_160426318

Elnur Əliyev 2018-ci ildən Dövlət Məşğulluq Agentliyində müxtəlif vəzifələrdə çalışıb. Hazırkı təyinata qədər Agentliyin Mərkəzi Monitorinq və Qiymətləndirmə Filialının müdiri olub.

media-inshot_20260219_160521044

Arif Ataxanlı 2021-ci ildən DOST Agentliyində müxtəlif vəzifələrdə, son təyinatadək Agentliyin departament müdiri işləyib.

media-inshot_20260219_160609992

Əlişah Kövsərov hazırkı vəzifəsinə qədər Sosial Xidmətlər Agentliyində departament müdiri olub.

media-inshot_20260219_160653911

Elşən Mahmudov İqtisadiyyat Nazirliyində, Dövlət Sosial Müdafiə Fondunda (DSMF) və digər qurumlarda müxtəlif vəzifələrdə, hazırkı təyinatədək isə DSMF sədrinin müşaviri vəzifəsində çalışıb.

Xatırladaq ki, bu gün nazir Anar Əliyev Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Zaur İbrahimovu vəzifəsindən azad etmişdi. O, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin inzibati idarəetmə məsələləri üzrə məsləhətçisi təyin edilib.


Bənzər xəbərlər