Nəqliyyat vasitələrində yanğınların baş vermə səbəbləri - EKSPERT RƏYİ
Zaman-zaman xüsusilə paytaxt ərazisində avtomobillərin yanma halları müşahidə olunur.
Maraqlı məqam odur ki, əvvəllər yanğınlar əsasən köhnə avtomobillərdə baş verirdisə, son vaxtlar istehsal tarixi yeni olan avtomobillərdə də belə hadisələrin sayı artıb.
Buna səbəb nədir?
Patrul.az mövzu ilə bağlı fikirlərini almaq üçün nəqliyyat üzrə ekspert Aslan Əsədova müraciət edib.
Ekspert nəqliyyat vasitələrində baş verən yanğınların bir neçə səbəbini qeyd edib:

“Başlıca səbəb texniki müdaxilələrdir. Nəqliyyat vasitələrində elektrik naqillərinin köhnəlməsi, yanlış aparaturaların qoşulması və ya onun gücləndirilmiş rejimdə işləməsi yanğının yaranma səbəbləri ola bilər.
Bütün bunların baş verməsi texniki parametrlərin nəzərə alınmaması nəticəsində ortaya çıxır. Bugünkü gündə mütəxəssislərlə məsləhətləşmədən nəqliyyat vasitələrinə yerləşdirilən bir aparat onun yüklənməsinə gətirib çıxarır. Yanacaq və elektrikin olduğu yerdə alışma prosesi də gözardı edilməməlidir”.
“Bu kimi şeylərə diqqət yetirmək və eyni zamanda maarifləndirici tədbirlərin sayını artırmaqla yanğınların qarşısını ala bilərik”, deyə o əlavə edib.
Ləman Sərraf






