media-img_0126

Patrul.az redaksiyasına daxil olan videogörüntü əsasında Nizami rayonu, Qara Qarayev prospekti 124 ünvanında aparılan tikinti işləri ilə bağlı ağacların kütləvi şəkildə məhv edilməsi gündəmdə qalmaqda davam edir.

Belə ki, redaksiyamıza müraciət edən vətəndaş ərazidə aparılan qazıntı və tikinti işləri zamanı ağacların kütləvi şəkildə məhv edildiyini, həmçinin təhlükəsizlik qaydalarına əməl olunmadığını iddia etmişdi. Təqdim olunan videogörüntülərdə də bir neçə ağacın zərər gördüyü və ərazidə işlərin təhlükəsizlik normalarına uyğun aparılmadığı açıq şəkildə müşahidə olunurdu. Patrul.az əməkdaşlarının hadisə yerinə baxışı zamanı isə tikinti ilə bağlı məlumat lövhəsinin olmadığı, əraziyə girişə icazə verilmədiyi və çəkilişə maneə yaradıldığı diqqət çəkmişdi.

Patrul.az-a daxil olan son məlumata görə, qeyd olunan ünvanda ağacların kəsilməsi faktı ilə bağlı polis əməkdaşları tərəfindən prosessual araşdırmalara başlanılıb. Bildirilir ki, araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək və müvafiq məsuliyyət tədbirləri görüləcəkdir.


Bənzər xəbərlər